İlhamə Quliyeva 25 min açıqlaması
23 İyul 2014 Çərşənbə 13:35
Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının xeyli müddətdir davam edən məhkəmə prosesi sona çatıb.
Məsələyə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib. Bu barədə ANS PRESS-ə açıqlama verən xalq artisti İlhamə Quliyeva Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib:

“Vəkilim Pərviz Hacılının iştirakı ilə məhkəmə yekunlaşdı. Mən çox razıyam, ərizəmdə qeyd etdiyim kimi indi də deyirəm ki, həmin məbləği kimsəsiz, qocalar evi və Xocalı qaçqınları, şəhid ailələrinə, Qarabağ əlillərinə bağışlayacam. Qazandığım pulun hamısı vəkilimin və çəkiliş qruplarının iştirakı ilə ehtiyacı olanlara təhvil veriləcək".

İlhamə Quliyeva bundan əlavə olaraq bildirib ki, Nazpəri Dostəliyeva pul ödəmək ilə yanaşı ondan üzr də istəməlidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar