İbrahim Tatlıses xarab təyyarə alıb
11 Fevral 2010 Cümə Axşamı 06:20
İbrahim Tatlıses xarab təyyarə alıb. 5 milyon dollara alınan təyyarənin yarım milyon dollarlıq cihazı əksikdir.
Türkiyənin məhşur müğənnisi İbrahim Tatlısesin yeni satın aldığı təyyarənin ILS cihazı yoxdur. ANS PRESS Türkiyənin “Bugün” qəzetinə istinadən xəbər verir ki, Tatlıses Hawker Beechcraft 400 model təyyarəni 5 milyon dollara alıb. Məlumata görə, əksik cihazın dəyəri 500 min dollardır. ILS adlı bu cihaz təyyarənin hava limanına daha həssas və təhlükəsiz enməsini təmin edir. Qeyd edək ki, bu cihazı əksik olan təyyarələr sadəcə Türkiyə daxilində uçuş üçün əlverişlidir və belə təyyarələrlə xaricə uçmaq mümkün deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar