Hüseyn Dərya Kef elə mahnısı ilə məşhur olmuşdu
15 Mart 2014 Şənbə 12:23
39 yaşlı reper Hüseyn Dərya Kef elə mahnısı ilə bir günün içində məşhurlaşmışdı.
Məşhur reper Hüseyn Dərya vəfat etdi. Reper ötən gün uğradığı qəzadan sonra 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Bu gün onun vəziyyətinin nisbətən yaxşılaşdığı hətta palataya köçürüldüyü bildirilsə də o, keçfinib.

Bəs Hüseyn Dərya kimdir?

Reper 1975-ci ildə doğulub.

2000-ci ildə, demək olar ki, bir günün içərisində tanınmağa başlayan reper ilk olaraq o efirlərə "Kef elə" mahnısı ilə çıxmışdı. Bu klip və rep yayımlanandan sonra bir anın içərisində Azərbaycanda bu reperin kütləvi fanat ordusu yaranmışdı.

Daha sonra isə o, tez-tez narkotikadan istifadə və ailəsindəki qalmaqallarla gündəmə gəlib. Son mahnısı isə "Can vətənim olub".




DOSTLARINLA PAYLAŞ:

oyunlar