Hüseyn Dərya həbs olunub
10 Mart 2009 Çərşənbə Axşamı 15:45
O 1 il azadlıqdan məhrum edilib. Məhkəmə reperə məcburi müalicə təyin edib.

 

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tanınmış reper Hüseyn Dərya (Muradov) və digər iki nəfərə hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Bəylər Qəmbərova 7, Hüsen Dərya və Hikmət Şahverdiyev 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə hər üç şəxsin barəsində narkotikdən məcburi müalicə təyin edib, onlar Narkoloji Dispanserdə qeydiyyata alınacaqlar.
Qeyd edək ki, H. Dərya Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) və 228-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini saxlama), Hikmət Şahverdiyevlə Bəylər Qəmbərov 234.2.4-cü (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham olunublar. H. Dərya 2008-ci il dekabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə və bir ədəd qaz tapançası götürülüb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar