HOLLYWOOD xilas edildi
28 Aprel 2010 Çərşənbə 06:25
HOLLYWOOD xilas edildi. Xəbəri verən Arnold Şvarsneqer özü ilə fəxr etdiyini deyib.
ABŞ Los Angelesdəki məhşur “HOLLYWOOD” yazısı xilas edilib. Bu məqsədlə toplanan 12.5 milyon dollar ödənilərək yazının yazıldığı təpələr ərazidə lüks ev tikmək istəyən şirkətdən alınıb. “Hollywood” yazısının qarşısında mətbuat konfransı keçirən Kaliforniya qubernatoru və keçmiş aktyor Arnold Şavrsneqer yazının xilas edilməsi ilə bağlı xəbəri özünün verməsi ilə fəxr etdiyini bildirib. Bu pulun müxtəlif qurumların dəstəyi ilə toplandığını deyən Şvarsneqer bu sayədə xilas edilən hərflərin yuxuların, fürsətlərin və ümidlərin rəmzi olduğunu bildirib.

Xatırladaq ki, bu yazı ilk dəfə 1923-cü ildə bölgədəki ərazilərin satılması və inşa edilməsi məqsədilə "HOLLYWOODLAND" şirkətinin reklamı kimi yerləşdirilib. Bir müddət sora isə yazı ərazi ilə bütövləşdikdən sonra 1949-cu ildə Hollvud ticarət palatası tərəfindən son 4 hərfi götürülüb və Los Angeles bələdiyyəsi tərəfindən restovrasiya olunub.

Qeyd edək ki, britaniyalı aktrisa Peq Envistl 1932-ci ildə H hərfindən tullanaraq intihar edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar