Ən çox qazanan aktyorlar
23 Dekabr 2009 Çərşənbə 14:30
Siyahını Ginnesin rekordlar kitabının əməkdaşları hazırlayıb
Ginnesin rekordlar kitabının əməkdaşları son 10 ilin ən çox qazanan aktyorlarının siyahısını hazırlayıb. İlk yeri Deniel Redkliff tutub. Onun baş rolunu ifa etdiyi “Harri Poter”in hər bölümü 226 mln. funt sterlinq gəlir gətirib. “Ən yüksək maaşlı aktrisa” nominasiyasında isə ilk yeri Emma Uotso tutub. Onun gəliri 5,4 mlrd. dollar olub. İkinci yerdə isə 3,42 mlrd. dollarla Kira Naytlidir.

Son 10 ilin “ən nüfuzlu aktrisası” Ancelina Coli seçilib. Aktyor Conni Depp isə kişilər arasında eyni adın sahibi olub. O, “son 10 ilin ən nüfuzlu aktyoru” titulunu Colinin əri Bred Pittin əlindən alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar