Elnarə yeni klip çəkdirəcək
20 Yanvar 2010 Çərşənbə 17:41
Müğənni Elnarə konsertə hazırlaşır.
Müğənni Elnarə bəstəkar Nailə Mirməmmədli ilə əməkdaşlığa başlayıb. Gənc sənətçi yeni yazdırdığı mahnısına klip çəkdirməyi də düşünür.

Müğənninin repertuarına daxil etdiyi mahnı ballada janrında olacaq. Mahnını çox bəyəndiyini bildirən Elnarə yeni albom üzərində işlədiyini də vurğulayıb.

Qeyd edək ki, gənc müğənni solo konsert verməyi də planlaşdırıb. Sənətçi sözügedən konsertin keçirəcəyi məkanı açıqlamasa da, səhnənin qeyri-adi dekorasiyada olacağını söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar