Ebru Gündeş azərbaycanlı iş adamı ilə evləndi
11 Fevral 2010 Cümə Axşamı 00:45
Müğənni Ebru Gündeş evdə keçirilən nikah mərasimi barədə açıqlama yayıb
Türkiyəli müğənni Ebru Gündeş azərbaycanlı iş adamı Rza Zərrabla evləndi. Onların ailələrin iştirakı ilə evdə nikaha girdikləri bildirilir.

Ebru Gündeş bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Rza Zərrabda bir ildir davam edən birlikdəliyimizi ailə içində nikahla rəsmiləşdirdik. Yanımızda olan və xoşbəxtliyimizi paylaşan bütün dostlarımıza təşəkkür etməyi borc bilirik”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar