Dəniz Sekidən məsciddə riyakarlıq
18 Fevral 2010 Cümə Axşamı 07:00
Dəniz Seki bu ziyarətə mətbuat nümayəndələrini də çağırıb
Türkiyənin tanınmış müğənnisi, bir müddət əvvəl narkotik istifadəsinə görə həbsxanadan çıxan Dəniz Seki mətbuat nümayəndələrinin müşayiəti ilə İstanbulun məhşur ziyarətgahı olan “Eyyub Sultan”a gedərək dua edib. “Mətbuatı niyə çağırdınız?” sualına isə Dəniz Seki, “istədim ki, siz də mənim kimi dua edəsiniz” – deyə cavab verib. Eyyub Sultanın məqbərəsində Yasin və dua oxuyan müğənni bu ziyarət üçün 45 dəqiqə ayırıb. Daha sonra ziyarətgahdan ayrılan Seki mətbuatı kimin çağırdığından xəbərsiz olduğunu deyib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar