Davud Güloğlu Bakıdadır
04 Fevral 2010 Cümə Axşamı 17:50
Türkiyənin tanınmış müğənnisi Davud Güloğlu Azərbaycana gəlib.
Sənətçinin Bakıya səfərində məqsəd konsert vermək deyil, Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Sən bir nəğməsən” mahnı müsabiqəsinin iştirakçıları ilə görüşməkdir. Bu barədə APA-ya məlumat verən müsabiqənin təşkilatçısı, “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib ki, fevralın sonlarından etibarən “Space” televiziyasında müsabiqənin yayımına başlanacaq. O bildirib ki, bu yarışma uşaq evlərindəki valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqların üzə çıxarılması məqsədilə təşkil olunacaq. Musiqi yarışmasının ilk 14 iştirakçısı artıq məlumdur.

N. Emiloğlunun sözlərinə görə, 14 iştirakçı Bakıda fəaliyyət göstərən internat evlərindən seçilib: “Fevralın ortalarında yarışmanın televiziya versiyasının nümayişinə başlanacaq. Yarışmanın qalibi SMS vasitəsilə təyin olunacaq və məhz gələn SMS-lərlə biz uşaqların gələcək həyatını dəyişdirəcəyik. Onların təhsilini, internatdan ayrıldıqdan sonra iş yeri ilə təmin olunmasını təmin edəcəyik. Yarışmanın əsas mükafatı isə ev olacaq”.

N. Emiloğlu yarışmanın 14 iştirakçısının Davud Güloğlu ilə görüşəcəklərini və türkiyəli qonağın onların ifasını dinləyəcəyini söyləyib. Müğənni üç gün Bakıda qalacaq.

Qeyd edək ki, müsabiqənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar