Britni Spirs ayaqqabı ala bilmir
20 Yanvar 2010 Çərşənbə 21:25
İfaçı Britni Spirs mağazada biabır olub.
Məşhur müğənni Britni Spirs maliyyə problemi yaşayır. Bu günlərdə alış-veriş mərkəzlərinin birindən özünə ayaqqabı bəyənən müğənninin ayaqqabını almağa pulu çatmayıb. İfaçı məcburən öz cangüdəninin kredit kartından istifadə etməli olub.

Verilən məlumata görə Spirslə mağazanın xəzinədarı arasında kiçik konflikt yaranıb. Belə ki, müğənninin qol çəkdiyi çekin əks tərəfindəki imzası ilə uyğun gəlməyib. Buna baxmayaraq Spirs mağaza əməkdaşını inandırmağa çalışıb ki, cangüdənin kartı ilə ödəniş edə bilər.

Qeyd edək ki, Britni Spirs kredit kartı ilə həftədə cəmi 1500 dollar xərcləyə bilər. Bu müğənninin üzərindəki öhdəliyin şərtidir. Müğənninin maliyyə xərclərini onun atası, vəkil Endryu Uolet həyata keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar