Brilliant Dadaşova iş başında
10 Avqust 2014 Bazar 17:30
Xalq artisti Brilliant Dadaşova fərqli görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
ANS PRESS-in məlumatına görə, gözəlliyi ilə illərə meydan oxuyan xalq artisti Brilliant Dadaşova ötən gün fiziki işlə məşğul olduğunu göstərmək üçün mini şort və qara köynəkdə, əlləri isə boyalara bulaşmış vəziyyətdə obyektiv qarşısına keçib.

“Usta işləyirsə, heç vaxt kənarda dayanıb baxa bilmərəm. Papamın bağının həyətini o ki var rənglədim. Tənbəl insanları xoşlamıram.” – deyə sosial şəbəkə izləyiciləri ilə daima əlaqədə olmağı xoşlayan sənətçi paylaşdığı şəkillərdə qeyd edib.

İdeal bədən quruluşu ilə diqqət çəkən müğənninin şəkilləri pərəstişkarları tərəfindən çox bəyənilsə də, rəylərdə onu qısqananlar da öz reaksiyalarını gizlətməyiblər. Müğənni isə onlara fikir vermədiyini bildirib.

Qeyd edək ki, sənətçi bu yaxınlarda Maldiv adalarına klip çəkilişlərinə yollanmışdı.










DOSTLARINLA PAYLAŞ:

oyunlar