Bred Pitt Ancelina Colinin aldığı motosikletlə qəzaya düşüb
25 Oktyabr 2009 Bazar 14:55
Bred Pitt motosikletlə qəzaya düşüb. Naməlum paparatsinin avtomobili onun motosikletini arxadan vurub.
Hollivud aktyoru Bred Pitt Los-Ancelesdə qəzaya uğrayıb. KTLA telekanalının məlumatına görə, naməlum paparatsinin avtomobili onun motosikletini arxadan vurub.
Telekanalın məlumatına görə, zərbədən sonra Bred Pittin motosikleti yol kənarında dayanmış avtomobilə dəyib. Yolda tıxac olduğundan avtomobil və motosikletin sürəti yüksək olmayıb. Bu isə qəzanın xəsarətsiz ötüşməsi ilə nəiticələnib.
Şahidlər Los-Vnceles telekanalına bildiriblər ki, insidentdən sonra jurnalistlərlə ünsiyyətdən yayınmaq üçün motosikletini yolda atan aktyor qonşu binaya girib və arxa qapıdan oranı tərk edib.
Motosikleti Bred Pittə 45 yaşı münasibətilə həyat yoldaşı Ancelina Coli bağışlayıb. Ancelina Coli “Ducati Monster 1100S Titanium” motosikletini İtaliyadan sifarişlə alıb. Hədiyyə ona 12 min dollara başa gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar