Bianka Balti azərbaycanlı modellə qucaq-qucağa
18 Mart 2014 Çərşənbə Axşamı 14:28
Model bildirib ki, gözəllik ona anasından keçib, buna görə də Azərbaycana minnətdardır.
Bundan öncə də xəbər verdiyimiz kimi dünyaca məşhur model Bianka Balti bir neçə gün öncə Bakının qonağı olmuşdu. ANS PRESS-in məlumatına görə, anası azərbaycanlı atası isə İtalyan olan xanım ölkəsinə qayıdar-qayıtmaz paytaxtımızda çəkdirdiyi maraqlı fotolarını sosial şəbəkədə paylaşıb. 29 yaşlı supermodel Bianka dünyaca məşhur Dolce & Gabbana brendinin öndə gedən simalarından biridir.

Qeyd edək ki, B. Baltinin Məryam Bikya Marzani adlı anası etnik azərbaycanlıdır. Bu barədə modelin bioqrafiyası nümayiş edilən bütün sənədlərdə bildirilir. Dünyanın ən bahalı modellərindən biri olan cazibədar model də əksər müsahibələrində bildirib ki, gözəllik ona anasından keçib, buna görə də Azərbaycana minnətdardır.

Bianka Bakıda cəmi iki gün olub, buna baxmayaraq paytaxtı gəzib müsahibə verməyə də imkan tapıb. Bianka azərbaycanlı məşhuir model Elşad Mehtiyev ilə birlikdə olan şəkillərinə xüsusi yer verib.

Modelin sosial şəbəkədə paylaşdığı fotoları sizə təqdim edirik.










DOSTLARINLA PAYLAŞ:

oyunlar