Berqamo Çempionlar Liqasının qalibi oldu
30 Mart 2009 Bazar Ertəsi 12:00
İtaliya klubu qadın voleybolçular arasında keçirilən İndesit Avropa Çempionlar Liqasının final matçında Rusiyanın “Dinamo” klubunu məğlub edib

Qadın voleybolçular arasında keçirilən İndesit Avropa Çempionlar Liqasının qalibi məlum olub. Final matçında Rusiyanın “Dinamo” klubunu 3-2 hesabı ilə məğlub edən İtaliyanın “Berqamo” komandası Çempionlar Liqasının qalibi olub. İtaliyanın Peruca şəhərindəki Palasport Evangelisti idman sarayında keçirilən qarşılaşmanın setlərini 25-21, 22-25, 14-25, 26-24 və 15-10 hesabı ilə qalib başa vuran “Berqamo” Çempionlar liqasının qalibi oldu. 3-cü yer uğrunda matçda isə Türkiyənin “Eczacıbaşı” və İtaliyanın “Peruca” komandaları qarşılaşıblar. Türkiyə təmsilçisini 3-1 hesabı ilə məğlub edən “Peruca” Avropanın ən güclü 3-cü komandası olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar