“Azəristar”da 20 nəfər yarışacaq
27 İyul 2009 Bazar Ertəsi 11:20
“Azəristar”da 20 nəfər yarışacaq. 20 iştirakçının 15-i oğlan, 5-i isə qızdır.

Builki “Azəristar” musiqi müsabiqəsində 20 nəfər iştirak edəcək. Layihənin mətbuat katibi Pərviz Əsgərovun verdiyi məlumata görə, birincilik uğrunda yarışacaq 20 iştirakçıdan 15-i oğlan, 5-i isə qızdır. Finalçılar iki gün ərzində 100-ə yaxın gənc arasından seçilib.
Finala vəsiqə qazanan 20 gənc hər həftə canlı yayımda hazırladıqları mahnıları oxuyacaq. Hər il olduğu kimi, bu il də “Azəristar” müsabiqəsi SMS səsverməsi yolu ilə keçiriləcək. Münsiflər heyətinə xalq artistləri Yaşar Nuri, Faiq Sücəddinov və bəstəkar Aygün Səmədzadə daxildir. /AzərTAc/



DOSTLARINLA PAYLAŞ:

oyunlar