Azərin mükafalandırılıb
07 Noyabr 2009 Şənbə 13:05
Müğənni Azərin türk dünyasına mədəni xidmətlərinə görə təltif edilib
Azərbaycanlı müğənni Azərin türkiyədə mükafata layiq görülüb. Mükafatı Azərinə türkdilli dövlətlərlə mədəni əlaqələr quran «Türkiyə birdef» şirkəti türk dünyasına mədəni xidmətlərinə görə verib. Bu barədə müğənni özü Mədəniyyət və Turizm İdarəsinə məlumat verib.

«Mənim yaradıcılığımın bir qolu Türkiyə ilə bağlıdır. Orada «TRT-Avaz» telekanalında veriliş aparıram. Eyni zamanda bir çox türk kanallarında Azərbaycanın musiqilərini təbliğ edirəm və ölkəmizin tarixi, faciələri, adət-ənənələri haqqında tamaşaçıları məlumatlandırıram. Bu fəaliyyətimi nəzərə alan şirkət növbəti mükafatını və diplomunu mənə təqdim etdi. Bu, çox sevindirici haldır».

Qeyd edək ki, müğənninin növbəti Türkiyə səfəri yaxın günlərdə gerçəkləşəcək. «TRT-Avaz» kanalında tele-aparıcı kimi çalışan sənətçi yenidən bu missiyasını reallaşdıracaq.

«Xatırladım ki, əvvəllər «Azərinlə əsintilər» adlanan veriliş hər gün mənim təqdimatımda Antalyadan canlı yayımlanırdı və İctimai Televiziya da bunu yerli tamaşaçılara təqdim edirdi. Lakin Antalyadakı məkan yay studiyası olduğundan biz yer dəyişmək məcburiyyətində qaldıq. Hazırda veriliş həftədə bir dəfə efirə gedir. Yaxın aylarda isə bunun canlı və gündəlik olacağı gözlənilir. Telekanal rəhbərliyinin bildirdiyinə görə, veriliş üçün ayrıca qış studiyası tikilir».

Onu da qeyd edək ki, verilişin ömrü əvvəlki aylarla müqayisədə qısaldılsa da, bu, Azərbaycan milli musiqilərinin təbliğinə mane olmayıb. Müğənninin dedyinə görə, ayda bir dəfə Azərbaycandan milli musiqilərin ifaçılarından bir nəfər musiqi heyəti ilə Türkiyəyə dəvət alacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar