Ayselin çoxlarının arzu etdiyi səhnələrdə çıxış edəcəyinə inanıram
27 May 2009 Çərşənbə 15:45
Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorov Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadənin çox gözəl olduğunu bir daha vurğulayıb.
APA-nın məlumatına görə, F. Kirkorov Rusiya mətbuatına verdiyi müsahibədə Aysel Teymurzadə haqqında xoş sözlər söyləyib: “Rusiyada Şərq gözəlliyini hər zaman yüksək qiymətləndiriblər və bu ənənə hələ də davam edir. Şərq gözəlliyinə malik olan Alsu, Soqdiana və Əzizə yadıma gəlir. Biz Şərq gözəlliyinə biganə qala bilmərik. Ayselin estradada çıxışı nəzərə çarpacaq dərəcədə yaxşı oldu. Onun bu yaddaqalan çıxışı Rusiya estradasına da təsirsiz ötüşməyəcək. Gec-tez bu belə olacaq. Sözsüz ki, Araş kimi duet ortağının olması da onun sənətinə müsbət təsir göstərəcək”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar