Aygün Bəylər: "Can südümü bəyənmədi"
04 Fevral 2010 Cümə Axşamı 13:10
Əməkdar artist Aygün Bəylər körpəsinə süni uşaq qidası verir
Əməkdar artist Aygün Bəylərin iki aylıq körpəsi ana südü ilə qidalanmır. Müğənni bu barədə əməkdaşımızla söhbətində bildirib. ANSPRESS-ə açıqlama verən müğənni bundan çox narahat olduğunu etiraf edib.

“Ana südünün körpə üçün əvəzsiz nemət olduğunu bilirəm. Bunun qızımın sağlamlığına mənfi təsir göstərəcəyindən narahatam. Çox təəssüf edirəm ki, körpəm özünü belə bir nemətdən məhrum etdi."

Bunun günahını özündə görən Aygün deyir ki, tədbirlər gec qurtardığından evə vaxtında dönə bilmir. Bu səbəbdən də Aygünün bacısı Cana süni uşaq qidası vermək məcburiyyətində qalır. "Süni qidanın dadını daha çox bəyənən qızım mənim südümdən imtina etdi"-deyən müğənni çox təssüfləndiyini bildirir.

Xatırladaq ki, dekabrın 5-də sağlam qız uşağı dünyaya gətirən müğənni övladının adını Can qoyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar