Aparıcı Röyanın vizajından danışıb
23 Dekabr 2009 Çərşənbə 13:40
Türkiyənin "TMB" kanalının yayımına start verilib
Xəbər verdiyimiz kimi Azərbaycan sənətçilərinin klipləri və musiqi çarxları Türkiyədə təmənnasız olaraq yayımlanacaq. Artıq "TMB" kanalının (Türkish Müzik Box) yayımına start verilib.

ANS PRESS-in əldə etdiyi məlumata əsasən, Röya kanalın demək olar ki, "ulduz"una çevrilib.

Kanalın "On Air" musiqi proqramında Röyanın klipini yayımlandıqdan sonra aparıcı müğənninin səsi, ifa etdiyi mahnıdan deyil, makiyajından danışıb. Türkiyədə kifayət qədər professional vizajistlərin olmasına baxmayaraq, aparıcı özünün də Röya kimi makiyaj edilməsini arzuladığını bildirib.

Qeyd edək ki, türk xalqlarının musiqilərini yayımlayan kanal Azərbaycandan daha çox Röyanın "Yaman darıxmışam", Manananın "Neyləyim", "Dəyirman" rep qrupunun isə "Bərk sürənlər" kliplərini yayımlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar