Anna Kurnikova fotosessiya üçün İraqa gedib
18 Dekabr 2009 Cümə 19:40
Məşhur tennisçi Anna Kurnikova ABŞ hərbi bazasına baş çəkib
Rusiyanın məşhur raketka ustası və fotomodel Anna Kurnikova ABŞ-ın Birləşmiş Qərargahlar Komitəsinin rəisi, admiral Maykl Mullenin müşayiəti ilə İraqın cənubunda yerləşən Amerika hərbi bazasını ziyarət edib.
28 yaşlı rusiyalının İraqdakı Amerika hərbçilərini ziyarət etməsi Silahlı Qüvvələrə Xidmət Birləşmiş Təşkilatı tərəfindən təşkil olunub.

Verilən məlumata görə, bazanın şəxsi heyəti tennisçi ilə şəkil çəkdirmək üçün uzun növbəyə düzülüb.

ABŞ-da yaşayan rusiyalı idmançı fotosessiyadan savayı zabitlər üçün nəzərdə tutulan yeməkxanada bəzi hərbçilərlə söhbət edib və amerikalı hərbçilərin gecə növbəsi zamanı geyindikləri işıq əksetdirən kəmərə xatirə imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar