XİN: Fransadakı səfirliyimizə təlimat göndərib
07 Oktyabr 2013 Bazar Ertəsi 11:42
4-5 fransalı deputat erməni lobbisinin dəstəyi ilə mütəmadi olaraq işğal altında olan torpaqlarımıza səfər edir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fransalı deputatların işğal altında olan torpaqlarımıza səfər etmələrinin araşdırılması məqsədi ilə Fransadakı səfirliyimizə təlimat göndərib. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə verdiyi açıqlamada Dağlıq Qarabağa səfər edən fransalı deputatların adlarının qara siyahıda olduğunu bildirib.

“4-5 fransalı deputat xaricdəki erməni lobbisinin dəstəyi ilə mütəmadi olaraq işğal altında olan torpaqlarımıza səfər edirlər. Beləliklə Ermənistan dövləti Qondarma Qarabağ respublikası məsələsinə dünya dövlətlərinin diqqətini çəkmək istəyir”.

Xatırladaq ki, Dağlıq Qarabağa səfər edən fransalı deputatları separatçı rejimin rəhbərliyi Bako Saakyanla görüşüb. Görüşdə qondarma rejimlə Fransa arasındakı əlaqələr, regional məsələlər müzakirə edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar