Türkiyə hər zaman Azərbaycanın yanında olacaq
08 Sentyabr 2009 Çərşənbə Axşamı 21:05
TBMM sədri Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid etdiyini bildirib. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə "bir millət, iki dövlət"dir.

“Türkiyə heç bir halda qardaş ölkənin maraqlarına xələl gətirməyəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq", - deyə Əli Şahin ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimovla görüşü zamanı bildirib.

Görüş zamanı beynəlxalq məsələlərlə yanaşı iki ölkənin gündəmində olan problemlər də müzakirə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar