Oqtay Əsədov Xorvatiyaya səfər edəcək
17 May 2014 Şənbə 13:13
Oqtay Əsədov və başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 18-də Xorvatiya Respublikasına rəsmi səfər edəcək.
Milli Məclisin Sədri Oqtay Əsədov un başçılığı ilə parlament nümayəndə heyəti mayın 18-də Xorvatiya Respublikasına rəsmi səfər edəcək.

ANS PRESS-in Parlamentin saytına isrinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Qüdrət Həsənquliyev, Çingiz Əsədullayev, Sahibə Qafarova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyəti ölkə parlamentində olacaq, Xorvatiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaq.

Milli Məclis Sədrinin Xorvatiya parlamentinin Spikeri Josip Leko ilə görüşündə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq.

Səfər müddətində Spiker Oqtay Əsədov un ölkə Prezidenti İvo Josipoviçlə, Xorvatiyanın baş naziri Zoran Milanoviçlə, Baş nazirin birinci müavini, xarici və avropa işləri naziri xanım Vesna Pusiçlə və digər rəsmi şəxslərlə bir sıra görüşləri də nəzərdə tutulmuşdur. Bu tədbirlərdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.

Deputatlarımız Zaqreb şəhərində Xorvatiya Milli Arxivi ilə tanış olacaq, sonra Dubrovnik şəhərinə gələrək burada bir sıra mədəni proqramlarda iştirak edəcəklər.

Parlament nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar