Nazim İbrahimov Şeron Nezeryanla görüşüb
19 İyul 2013 Cümə 09:56
Şeron Nezeryan gelecekde Azerbaycan-yehudi diaspor teşkilatları arasında elaqelerin daha güclenmesine öz töhfesini vereceyini deyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan ABŞ-ın Kaliforniyanın ştatında tanınmış ictimai xadim, yəhudi mənşəli Şeron Nəzəryanla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, dövlət komitəsinin sədri Y&S Nəzəryan ailə Fondunun (Y&S Nazarians Foundation) rəhbəri, ABŞ-ın tanınmış RAND Corporation beyin mərkəzinin məşvərət şurasının üzvü, Kaliforniya Unuversitetinin professoru Ş.Nəzəryanı salamlayaraq ona rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Azərbaycan və yəhudi diaspor təşkilatları arasında mövcud əməkdaşlığa toxunan Nazim İbrahimov onun daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Şeron Nəzəryan isə öz növbəsində rəhbərlik etdiyi Y&S Nəzəryan ailə Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığa başlanmasının təklif edib. O bu, əməkdaşlığın gələcəkdə Azərbaycan-yəhudi diaspor təşkilatları arasında əlaqələrin daha güclənməsinə öz töhfəsini verəcəyini deyib. Qonaq iki qurum arasında əməkdaşlığın başlanğıcı olaraq Nazim İbrahimovu ABŞ-ın tanınmış Kaliforniya Universitetində diaspora siyasəti mövzusunda məruzə ilə çıxış etməyi təklif edib. Nazim İbrahimov Şeron Nəzəryanın təklifini müsbət qarşılayaraq, rəhbərlik etdiyi qurumun belə bir əməkdaşlığa hər zaman hazır olduğunu bildirib. Dövlət Komitəsinin sədri erməni lobbisinin güclü olduğu Kaliforniyada Fond ilə əlaqələrin qurulmasının müsbət nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb. Onun fikrincə, bu əməkdaşlıq bölgədə Azərbaycan icmalarının fəallığının artmasında, eləcə də erməni lobbisi tərəfindən aparılan təbliğat işlərinin qarşısının alınmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, Şeron Nəzəryanın ailəsi İran inqilabı zamanı ABŞ-a mühacirət edib və onlar ABŞ-ın İran yəhudiləri icmasının aparıcı simalarındandır. Ailənin nümayəndələri Yunis və Pərviz Nəzəryan qardaşları Azərbaycanın yaxın dostları sayılır. Ş.Nəzəryanın rəhbərlik etdiyi və atası ilə anasının adını daşıyan (Yunis və Sürəyya) fond isə 2000-ci ildə yaradılıb. Fond əsasən humanitar sahələrdə, o cümlədən təhsil, mədəniyyət və incəsənət, eləcə də ictimai siyasət, enerji sahələrində olan tədqiqatların maliyyələşdirilməsini həyata keçirir.

Ş.Nəzəryan Bakıya səfəri çərçivəsində bir sıra dövlət qurumlarında görüşlər keçirib, həmçinin yəhudi icmasının nümayəndələri ilə görüşüb və Qubadakı Qırmızı Qəsəbəyə baş çəkib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar