Milli Şura üzvleri Rüstem İbrahimbeyovla görüşdü
30 İyul 2013 Çərşənbə Axşamı 20:19
İsa Qember toplantı başladıqdan 20 deqiqe sonra iclas zalına daxil olub.
Tiflisin “Vera Palace” otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Görüşdə Milli Şuranın 16 üzvü iştirak edir. İştirakçılar arasında Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də var. APA-nın məlumatına görə, görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşdən sonra mətbuata açıqlama veriləcəyini bildirib. Görüşdə Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcəyi gözlənilir. Sabah eyni tərkibdə daha bir görüşün keçiriləcəyi gözlənilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Müsavat başqanı İsa Qəmbər toplantının ilk 20 dəqiqəsində iştirak etməyib. O yalnız toplantı başladıqdan 20 dəqiqə sonra iclas keçirilən zala daxil olub. İsa Qəmbərin görüşün ilk hissəsinə qatılmamasının səbəbi məlum deyil.

Toplantının təxminən bir saat davam edəcəyi, daha sonra müzakirə olunan məsələlər barədə jurnalistlərə açıqlama veriləcəyi bildirirlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar