Milli Məclisin yaz sessiyasının vaxtı uzadılacaq
29 May 2009 Cümə 16:00
Milli Məclisin (MM) yaz sessiyasının vaxtı uzadılacaq. Bu barədə APA-ya açıqlamasında MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, bu gün MM-in yaz sessiyasının son iclası olsa da, parlament öz işini iyunda davam etdirəcək. Vitse-spiker bununla bağlı deputatların parlament rəhbərliyinə müraciətlərinin olduğunu qeyd edərək bildirib ki, sessiyanın qanunvericilik işləri planına yeni daxil olan, hələ qəbul olunmayan sənədlər var. Z. Əsgərovun sözlərinə görə, yaz sessiyasının müddətində “Təhsil haqqında” qanunun qəbulu da gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar