İsa Qemberin seçki qerargahı toplandı
13 Avqust 2013 Çərşənbə Axşamı 18:25
Seçki qərargahının müəyyənləşdirdiyi imza toplayan şəxslər təkcə İsa Qəmbər üçün imza toplamaq üçün müəyyənləşməyib.
Avqustun 13-də Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin seçki qərargahı toplantı keçirib. Seçki qərargahının üzvü Gülağa Aslanlının “Yeni Müsavat”a verdiyi məlumata görə, iclasda ilk olaraq rayonlarda imza toplayacaq şəxslərlə ötən həftə keçirilən müşavirə haqqında, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Gəncə təşkilatlarının üzvləri ilə keçirilən təlim haqqında məlumat verilib. Həmçinin görüləcək müəyyən işlərin bir daha planlaşdırılması, seçki məntəqələri üzrə məşvərətçi səs hüquqlu komissiya üzvlərinin siyahılarının, eyni zamanda müşahidəçilərin dəqiqləşdirilməsi istiqamətində tapşırıqlar verilib.

G.Aslanlı məlumat verdi ki, seçki qərargahının müəyyənləşdirdiyi imza toplayan şəxslər təkcə İsa Qəmbər üçün imza toplamaq üçün müəyyənləşməyib. Onlar Milli Şuranın vahid namizədi seçkidə iştirak edəcəyi təqdirdə onun üçün də imza toplayacaqlar: “Həmin imza toplayanların hər iki situasiyaya hazır olacaqlar. Yəni Milli Şuranın vahid namizədi olacaqsa, onun üçün imza toplanacaq, əgər İsa Qəmbərin namizədliyi olacaqsa İsa bəy üçün imza toplayacaqlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar