İsa Qember prezidentliye namized olur
22 Avqust 2013 Cümə Axşamı 08:31
Müsavat partiyası başqanı İsa Qember senedlerini MSK-ya teqdim edecek.
Müsavat Partiyası İsa Qəmbərin namizədliyini rəsmən irəli sürmək və bununla əlaqədar olaraq müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün hazırlıqlara başlayıb.

Bunu “Teleqraf.com” əməkdaşına adının çəkilməsini istəməyən Müsavat Partiyasının funksioneri deyib. O, bildirib ki, hazırda Milli Şurada vəziyyət qeyri-müəyyəndir. Üstəlik vahid namizədin Bakıya qayıdacağı ehtimalı getdikcə aşağı düşür, alternativ namizədin nüəyyən edilməsinə isə ACP, ALP, EL Hərəkatı ciddi maneçilik törədirlər. Bu isə Milli Şuranın seçkilərdən kənarda qalması riski yaradır. Müsavat Partiyası isə özünü başqa təşkilatların verəcəyi qərardan asılı vəziyyətə salmaq niyyətində deyil və bu səbəbdən də, müxalifətin seçkilərdə iştirakı üçün lazım olan hər şeyi edəcək.

Müsavat Partiyasının nümayəndəsi daha sonra əlavə edib ki, artıq İsa Qəmbərin seçki qərargahı yaradılıb, bu qurum ciddi şəkildə işləyir və çalışıb əhatə dairəsini genişləndirir. Hətta bu prosesə bitərəf şəxslərin də cəlb olunmasına start verilib.

Mənbə, prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması müddətinin getdikcə azaldığına diqqət edərək bildirib ki, Müsavat Partiyası bu həftə ərzində İsa Qəmbərin namizədliyini irəli sürməyi planlaşdırır. Onun sözlərinə görə, bu məqsədlə Müsavat Məclisinin toplantısı çağırılacaq, toplantıda namizədlik məsələsinə baxılacaq və sənədləşmə işləri həyata keçiriləcək. Daha sonra isə MSK-ya müvafiq müraciət olunacaq. Müsavat Partiyası hesab edir ki, ən geci sentyabrın 6-na qədər tələb olunan 40 min imzanı toplayaraq MSK-ya təqdim etmək lazımdır. Bu məqsədlə də hazırda regional təşkilatlara müvafiq təlimatlar verilib. Hər kəs İsa Qəmbər üçün imza toplamağa hazır vəziyyətə gətirilib. Belə qeyri- müəyyənlik davam edəcəyi təqdirdə, həftənin sonlarına yaxın İsa Qəmbərin sənədləri MSK-ya təqdim ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar