İlham Əliyev Süleyman Dəmirələ yüksək mükafat verdi
01 Noyabr 2013 Cümə 19:34
Türkiyənin sabiq prezidenti "Şərəf" ordeni ilə təltif edildi.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlini "Şərəf" ordeni ilə təltif edib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumasta görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilsin.



DOSTLARINLA PAYLAŞ:

oyunlar