İlham Əliyev Niderlanda səfərə getdi
24 Mart 2014 Bazar Ertəsi 10:00
Dövlət başçısı İlham Əliyev Niderland Krallığının Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderlanda səfəri başlayıb. Dövlət başçısı Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
İ.Əliyev martın 23-də Niderland Krallığına işgüzar səfərə gəlib.

III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir.

ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir necə gün öncə Twitter səhifəsində Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin adıçəkilən şəhərdə görüşünün baş tutacağını yazmışdı.
O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir.

Sammitdə 50-dən ölkə nümayəndələri iştirak edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar