İlham Əliyev Honduras prezidentini təbrik etdi
27 Yanvar 2014 Bazar Ertəsi 17:03
Ölkə başçısı İlham Əliyev andiçmə mərasiminə dəvətinə görə Honduras Prezidentinə təşəkkür edib.
Azərbaycan prezidenti İlham Əliyev Honduras prezidenti Xuan Orlando Ernandes Alvaradonu təbrik edib. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı andiçmə mərasiminə dəvətinə görə Honduras prezidentinə təşəkkür edib:

"Honduras Respublikasının prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Honduras əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Andiçmə mərasiminə dəvətinizə görə təşəkkür edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar