İlham Əliyev Abdulla Gül ilə görüşəcək
22 Aprel 2014 Çərşənbə Axşamı 17:51
İlham Əliyev, Abdulla Gül və Gerogi Marqvelaşvili Gürcüstanın paytaxtı Tiflisdə görüşəcək.
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Gürcüstanın paytaxtı Tiflisdə görüşəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili açıqlama verib.

Onun sözlərinə görə, hər üç ölkənin prezidenti arasında görüş may ayının əvvəlində Gürcüstanda təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək sammit çərçivəsində baş tutacaq.

“Ölkələrimiz və region üçün ən vacib məsələlərdən biri olan təhlükəsizliklə bağlı keçirilən sammitdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü olacaq. Biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə Gerogi Marqvelaşvili bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar