Fazil Mustafa: Qafqaz İslam ordusuna borcluyuq
14 Sentyabr 2013 Şənbə 13:34
Onun sözlərinə görə, Azərbaycanın bu gün bu ərazilərlə dövlət halına gəlməsində Qafqaz İslam Ordusuna borcludur.
“Qafqaz İslam ordusuna borcluyuq.” Bu sözləri Fazil Mustafa bu gün keçirilən “Bakının işğaldan azad olunması” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın bu gün bu ərazilərlə dövlət halına gəlməsində Qafqaz İslam Ordusuna borcluyuq: “Onlar heç bir təmənna qazanmadan, güdmədən canlarını Azərbaycan uğrunda veriblər. Biz bu şeyləri unutmamalıyıq”, - deyə Fazil Mustafa bildirib.

ANS PRESS-in verdiyi məlumata görə, daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva da bu gün ki tədbirlə bağlı öz fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanın o dövrdəki tarixi ilə bağlı yeni filmlər çəkilməlidir. Türkiyənin Trt kanalı da bu cür bir təşəbbüs etməyə hazırlaşır. Mən hesab edirəm ki, Biz də öz növbəmizdə borcumuzu qaytarmalıyıq və ümud edirk ki, Nuru Paşanın heykəli Bakıda ucaldılacaq.

Tədbirdə ictimai-siyası xadimlər, millət vəkilləri və digər qonaqlar iştirak edir. Dəyirmi masada mövzu ilə bağlı ətraflı müzakirələr aparılır. Sabah isə tədbirin dəvamı kimi Şəhidlər Xiyabanında Türk şəhidləri ziyarət olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar