Elmar Məmmədyarov və Əhməd Davudoğlu görüşüb
14 Mart 2014 Cümə 18:35
Elmar Məmmədyarov Türkiyənin Van şəhərində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Van şəhərində keçirilən Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin üçtərəfli toplantısında iştirakı çərçivəsində türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.

ANS PRESS Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar