Eli Kerimli İbrahimbeyovla görüşe getmeyecek
29 İyul 2013 Bazar Ertəsi 12:41
İsa Qemberin seferine ise Müsavat Divanının toplantısında qerar verilecek.
“İsa Qəmbərin R. İbrahimbəyovla görüşəcəyi dəqiq deyil”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. O bildirib ki, İsa Qəmbərin Milli Şura heyətinin tərkibində Gürcüstana getməsi və Rüstəm İbrahimbətovla görüşünə bu Müsavat Divanının toplantısında qərar veriləcək.

AXCP sədri Əli Kərimlinin isə Gürcüstana getməyəcəyi dəqiqləşib, bu, onun ümumvətəndaş pasportunun olmaması ilə əlaqədardır.

Qeyd edək ki, sabah Milli Şuranın bir qrup üzvü Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək. Mili Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov APA-ya açıqlamasında görüşdə MŞ-də təmsil olunan aparıcı partiyaların sədrlərinin iştirak edəcəyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar