Eldar Namazovun teşkilatından kütlevi istefalar
23 Avqust 2013 Cümə 23:36
EL Herekatında yerlibazlıq güclü idi deye, biz özümüzü daha Eldar Namazovun yanında göre bilmirik.
EL Hərəkatının Şamaxı və Qobustan rayon təşkilatları bu gün bəyanat verərək Eldar Namazovun rəhbərlik etdiyi qurumdan çıxdıqlarını elan ediblər. Bu bəyanatların mətnini Şamaxı rayon təşkilatının sədri Rahim Qasımov və Qobustan təşkilatının sədri Alxan İbrahimov imzalayıblar.

Rahim Qasımov virtualaz.org saytına açıqlamasında bildirib ki, EL Hərəkatı və Eldar Namazov onların ümidlərini doğrultmadılar: “Buna görə də biz qərara gəldik ki, builki prezident seçkilərində hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar verdik. EL Hərəkatında yerlibazlıq güclü idi deyə biz özümüzü daha Eldar Namazovun yanında görə bilmirik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar