Ehud Barak Azərbaycana gəlir
04 Aprel 2013 Cümə Axşamı 09:57
İsraili sabiq baş naziri Ehud Barak Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcək.
İsrailin sabiq baş naziri Ehud Barak Bakıya səfərə gələcək. Keçmiş yəhudi hökumət başçısı Ehud Barak 6-8 may tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılacaq Cənubi Qafqaz Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir həmçinin İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi "Fundacion de Pas" və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

Qeyd edək ki, 2005-ci ildə İsrailin "Ynet" xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. O, Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən yeganə İsrail baş naziri kimi də tanınır.

Birinci Cənubi Qafqaz Forumu Əlahəzrət Kraliça Nur, İsrailin sabiq baş naziri Ehud Barak, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, YUNESKO-nun ən nüfuzlu direktoru olmuş Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq prezidentləri xanım Vaira Vike-Freiberga, Valdis Zatlers, Türkiyənin sabiq prezidenti Sülyeman Dəmirəl, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika, eləcə də 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri təmsil olunacaqlar.

Forum Beynəlxalq Chatham Evinin qanunları ilə nizamlanılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar