Eflatun Amaşov Türkiyeli diplomatla görüşüb
16 İyul 2013 Çərşənbə Axşamı 05:06
Mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığın zəruriliyi vurğulanıb.
İyulun 15-də Türkiyənin ölkəmizdəki Səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Şuranın Türkiyənin Azərbaycandakı Səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu vurğulayan Ə.Amaşov mövcud prosesdə mətbuat müşavirliyinin mühüm rol oynadığını diqqətə çatdırıb. Qarşılıqlı işbirliyinin bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

H.Karadeniz Türkiyə ilə dost və qardaş Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib. Hər iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsinin vacibliyini dilə gətirib. Mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə mediasının xüsusiyyətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1957-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gələn H.Karadeniz uzun illər ölkənin təhsil sistemində də yüksək vəzifələrdə çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar