Dora Bakoyannis Azərbaycana gələcək
02 Aprel 2013 Çərşənbə Axşamı 10:08
Cənubi Qafqaz Forumuna Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis rəhbərlik edəcək.
Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis mayın 6-8-də Cənubi Qafqaz Forumunda Münaqişələrə dair plenar iclasa sədrlik edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilovanın ANS PRESS-ə verdiyi məlumata görə, tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə baş tutacaq.
Dora Bakoyannis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətində təmsil olunur. Onu səfər zamanı Ümumdünya Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos müşayət edəcək.

Beynəlxalq Cənubi Qafqaz Forumunda dünyanın 50-dən çox ölkəsindən 30-dan artıq sabiq ölkə və hökumət rəhbərləri, 200-dən çox dünyanın nüfuzlu elm adamları, strateqlər iştirak edəcəklər. Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar dəstək göstərir.

Qeyd edək ki, Dora Bakoyannis 1992-1993-cü illərdə Yunanıstanın mədəniyyət naziri, 2003-2006-cı illərdə Afina şəhərinin ilk qadın Meri və Afina Yay Olimpiya Oyunlarına rəhbərlik edib. O, hazırda Demokratik Alyans Partiyasının sədridir.

2009-cu ildə isə ATƏT-ə rəhbərlik edərək Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün aktiv fəaliyyət göstərib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar