Çingiz Qenizade İctimai Komitenin koordinatoru seçilib
10 İyul 2013 Çərşənbə 02:55
Məhkumların hüquqlarının qorunması və digər məsələlərlə bağlı konkret təkliflər irəli sürülüb.
Nüfuzlu ictimaiyyət nümayəndələrinin təmsil olunduğu Seçki Komissiyası tərəfindən formalaşdırılmış ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, iclasda qurumun son bir illik fəaliyyəti dövründə görülmüş işlər müzakirə olunub, hüquq-müdafiəçisi Çingiz Qənizadə növbəti dəfə qurumun koordinatoru seçilib.

Tədbirə qatılan ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, penitensiar sistemdə gedən köklü dəyişikliklərdən, o cümlədən məhkumların hüquqlarının daha səmərəli təmin edilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üzrə tədbirlərdən danışıb, məhkumların islah edilməsində, cəzaçəkmə müəssisələrinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində, görülən işlərin cəmiyyətə obyektiv təqdim olunmasında İctimai Komitənin fəal rolunu qeyd edib.

İclasda Komitə üzvləri aparılan uğurlu penitensiar islahatların, əsaslı dəyişikliklərin şahidi olduqlarını vurğulayıb, məhkumların hüquqlarının qorunması və digər məsələlərlə bağlı konkret təkliflər irəli sürüblər. Ədliyyə Nazirliyi tərəfindən qurumun üzvlərinə hər cür şərait yaradıldığına görə minnətdarlıq bildirilərək səylərin daha da artırılacağı bəyan edilib.

Ölkəmizdə aparılan hərtərəfli ədliyyə islahatları çərçivəsində penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının qorunması üzrə ardıcıl tədbirlər görülür, bu sahədə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə 2006-cı ildən Azərbaycanın ədliyyə naziri yanında İctimai Komitə fəaliyyət göstərir.

Komitə tərəfindən penitensiar müəssisələrə müntəzəm olaraq 300-dən çox başçəkmə həyata keçirilib, 400-dən artıq məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilib, nəticələri üzrə tövsiyə və hesabatlar təqdim olunub, bununla bağlı zəruri tədbirlər görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar