Ceyhun Osmanlı açıqlama verib
13 May 2014 Çərşənbə Axşamı 17:02
Deputat Ceyhun Osmanlı İrəli ictimai birliyinin bağlanmasından danışdı.
Milli Məclisin deputatı Ceyhun Osmanlı “İrəli” ictimai birliyinin İçərişəhərdəki ofisinin bağlanması barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.

Ceyhun Osmanlı ANS PRESS-ə açıqlamasında “İrəli” ictimai birliyinin İçərişəhərdəki ofisinin bağlanması barəsində mətbutadan oxuduğunu söyləyib. O, yayılan xəbərləri dəqiqləşdirmək üçün Biriliyin sədri Rauf Mərdiyevə zəng etdiyini deyib: “İki ildir ki “İrəli”yə getmirəm və onun sədri də deyiləm. Təşkilatın da fəaliyyətində iştirak etmirəm. “İrəli” sədri mənə bu günə qədər təşkilatın 6 dəfə ofisinin yerinin dəyişdiyini və hər zaman daha yaxşı yerlərə köçürüldüklərini söylədi. Bu dəfə köçürülmə də təşkilatın daxilində olan təkmilləşdirilmələrlə bağlıdır. Yeni və daha müasir ofisə köçürlər. Təşkilatın fəaliyətində hər hansı bir problem olması tamamilə əsassız, qərəzli və dezinformasiyadır. Bu barədə mənə təşkilatın sədri məlumat verdi”.

Ceyhun Osmalı səhhəti barəsində də mətbuatda yayılan xəbərlərə münasibət bildirib. O, səhhtində heç bir problemin olmadığını söyləyib: “Depressiyada deyiləm. Səhhətimdə heç bir problem yoxdur. Sarı mətbuadan uzağam. Hər zaman da bu prinsipimə sadiq qalacam. Ona görə də sarı mətbuatın yazarları arzularına çata bilmirlər. Onlara cavab vermədiyim üçün belə xəbərlər yayırlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar