Cemil Hesenlinin imza vereqleri MSK-ya teqdim edilir
07 Sentyabr 2013 Şənbə 11:18
İmza vereqleri günün ikinci yarısında Cemil Hesenlinin selahiyyetli nümayendeleri terefinden MSK-ya teqdim olunacaq.
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imza vərəqləri MSK-ya bu gün təqdim ediləcək.

ANS PRESS-in Modern.az-a istinadən verdiyi xəbərə görə, Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov məlumat verib.

O hazırda sənədlərin tam hazır olduğunu bildirib. H.Kərimov qeyd edib ki, imza vərəqləri günün ikinci yarısında Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri Gülağa Aslanlı və Gözəl Bayramlı tərəfindən MSK-ya təqdim olunacaq.

AXCP rəsmi 44 mindən çox imzanın hazır olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar