Bolqarıstanın yeni səfiri Bakıya gəlir
04 Mart 2009 Çərşənbə 11:30
Vasil Kalinov ilk dəfə səfir vəzifəsində çalışacaq

 

Bolqarıstanın Azərbaycandakı yeni səfiri Vasil Kalinov vəzifəsinin icrasına başlamaq üçün bu gün Bakıya gələcək. Bu Barədə ANS TV-yə Bolqarıstanın ölkəmizdəki səfirliyindən məlumat verib.

Qeyd edək ki, Vasil Kalinov ilk dəfə səfir vəzifəsində çalışacaq. Bundan əvvəl, o, Bolqarıstan parlamentinin üzvü olub və qanunverici orqanda aqrar komitənin sədri vəzifəsində çalışıb. Bolqarıstanın Azərbaycandakı sabiq səfiri İvan Palçev isə ötən ilin iyununda təqaüdə çıxıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar