Azərbaycan prezidenti Gəncəyə səfər edib
25 May 2009 Bazar Ertəsi 14:40
Azərbaycan prezidenti İlham Əliyev mayın 25-də Gəncə şəhərinə səfər edib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gəlib, ulu öndərin abidəsini ziyarət edərək, gül dəstəsi qoyub.

Sonra prezident İ. Əliyev meydanda aparılmış yenidənqurma işləri ilə tanış olub.

Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar