AŞPA sədri seçkidən danışdı
30 Sentyabr 2013 Bazar Ertəsi 19:31
Jan Klod Minyo: Azərbaycanda seçki kampaniyası qənaətbəxşdir.
"Azərbaycanda seçki kampaniyası ümumən qənaətbəxşdir". Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan Klod Minyon qurumun payız sessiyasından əvvəl keçirdiyi ənənəvi mətbuat konfransında Azərbaycanda prezident seçkiləri kampaniyasının gedişinə münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, ümumi baxımdan götürsək, Azərbaycanda seçki kampaniyası qənaətbəxşdir. "AŞPA bürosunun bu səhər keçirilən iclasında Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə əlaqədar seçkiöncəsi müşahidə missiyasının rəhbərinin məruzəsi dinlənilib. Orada səslənən fikirləri nəzərə aldıq. AŞPA-nın seçki missiyası seçkiləri müşahidə etmək üçün yaxın vaxtlarda Azərbaycana səfər edəcək".

AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşündən danışan sədr belə görüşlərin onun mandatının əsas məqamlardan biri olduğunu bildirib. "Bu cür görüşlərin keçirilməsi mənim mandatımın əsas tərkib hissələrindən biridir. Mən nəticə əldə etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Payız sessiyasının gündəliyinin həddindən artıq gərgin olmasına baxmayaraq, hər iki nümayəndə heyətinin rəhbəri ilə görüşməyi nəzərdə tutmuşam. Növbəti plenar sessiya çərçivəsində bu görüş baş tuta bilər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar