Araz Elizade prezidentliye namizedliyini verdi
11 Avqust 2013 Bazar 17:28
Araz Elizadenin namizedliyine MSK-nın növbeti iclasında baxılacaq.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda MSK sədri Məzahir Pənahov bildirib ki, prezidentliyə namizədlərin irəli sürülməsi prosesi davam edir. Proses bir neçə gün əvvəl başlasa da, artıq prezidentliyə namizədlərin sayı artıb.

Onun sözlərinə görə, hazırda MSK-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Məmmədmübariz oğlu Əlizadənin namizədliyinin qeydə alınması ilə bağlı müracit daxil olub. Araz Əlizadənin namizədliyinə MSK-nın növbəti iclasında baxılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar