Abbas Abbasov prezidentə məktub göndərdi
12 İyun 2013 Çərşənbə 14:00
“AzerRos”un Ağsaqqallar Şurasının sədri Vladimir Putini bayram münasibət ilə təbrik edib.
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasova Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. Modern.az-ın məlumatına görə, A.Abbasov Putini təbrik edib.
A.Abbasov Putini “AzərRos” adından Rusiya günü-dövlət bayramı münasibətilə təbrik edib.

“Bu bayram bütün rusiyalılar üçün olduqca əzizdir, çünki o, böyük və çoxmillətli Rusiyanı sevənlərin və ona hörmət edənlərin hamısını birləşdirir. Arzu edirik ki, Böyük Rusiya gündən-günə daha da möhkəmlənsin və çiçəklənsin! Biz xalqımızın nailiyyətləri və uğurları ilə fəxr edirik. Sizə Vətənimizin inkişafı naminə möhkəm cansağlığı, uzun ömür və böyük işgüzarlıq arzulayırıq”, - deyə A.Abbasovun Putinə ünvanladığı təbrikdə deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar