Xərçəng hüceyrələrini məhv edən virus yaradılıb
01 Sentyabr 2011 Cümə Axşamı 15:31
Alimlər bu virusun çox şey vəd etdiyini düşünürlər
Alimlər insanın qanına daxil olaraq xərçəng hüceyrələrini məhv edən virus yaradıblar. Həkimlər güman edirlər ki, bu üsul onkoloji xəstəliklərlə mübarizə praktikasını ciddi şəkildə dəyişmək imkanına malikdir. ANS PRESS-in məlumatına görə, müxtəlif tipli xərçəng xəstəliklərinə yoluxmuş 23 könüllünün iştirakı ilə keçirilən sınaqlar göstərib ki, virus toxumalara zərər yetirmədən yalnız şişi aradan qaldırmaq qabiliyyətindədir.

Onkologiya mütəxəssisləri səmərəli virus terapiyasının yaradılması istiqamətində aparılan işlər hələ ilkin mərhələdə olmasına baxmayaraq, eksperimentin yekunlarının çox şey vəd etdiyi qənaətindədirlər.

Belə götürəndə isə xərçəng hüceyrələrinin məhv edilməsi üçün viruslardan istifadə olunması yeni xəbər deyil. Lakin bu günə qədər hesab olunurdu ki, immun sistemini toxumanı vaxtından əvvəl məhv etməməsi üçün virusu bilavasitə onun içinə qoymaq lazımdır.

Nəticələri “Nature” jurnalında açıqlanan eksperimentdə alimlər dəyişdirilmiş çiçək xəstəliyi vaksini virusu tətbiq ediblər. Bu vaksin əvvəllər çiçək xəstəliyinə qarşı peyvənddə kütləvi şəkildə istifadə olunub.
JX-594 adlandırılan virus könüllü şəxslərin damarlarına vurulub. Bununla belə həmin insanların müxtəlif orqanları sıradan çıxıb.

“Virusun damardaxili inyeksiyası vacibdir. Çünki bu, bütün bədənin toxumalarına təsir etmək imkanı verir”, - deyə Ottava Universitetinin eksperimentlərə rəhbərlik edən professoru Con Bell bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar