Uzunömürlü olmaq üçün nə etməli?
16 Aprel 2013 Çərşənbə Axşamı 16:54
Azərbaycanda yaşı 100-ü ötən 838 vətəndaş yaşayır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda ölkədə yaşı 100-ü ötmüş 838 vətəndaş yaşayır. Bu vətəndaşların böyük əksəriyyətini qadınlar təşkil edir.
Statistik rəqəmlərdə o da əks olunur ki, yaşı 100-dən yuxarı olan bu 838 nəfərin 814-ü qadın, 24-ü isə kişilərdir. Paytaxt Bakıda hazırda yaşı 100-dən çox olan 56 şəxs yaşayır ki, onların hamısı qadınlardır.

Uzunömürlülərə daha çox bölgələrdə rast gəlmək mümkündür. Belə ki, bu cür uzunömürlülüyə sahib olan vətəndaşların sayına görə, birinci yeri Yuxarı Qarabağ iqtisadi rayonu tutur. Burada ümumilikdə yaşı 100-dən yuxarı 258 vətəndaş yaşayır ki, onların 244-ü qadın, 14-ü kişilərdir.

Gəncə-Qazax bölgəsində isə 174 qadın 100 yaşı haqlayıb. Aran iqtisadi rayonunda yalnız 120 qadın, Dağlıq Şirvan ərazisində isə 33 qadın uzun ömürə sahibdir. Tibbi ekspert Adil Qeybulla belə hesab edir ki, qadınlar daima fizioloji ömrünün uzunluğu ilə kişilərdən seçilib: “Kişilərdə ürək-damar sistemində yaranan problemlər, eyni zamanda, onkoloji xəstəliklərin geniş yayılması onların ömür həddini minimuma endirib. Tibbi ekspert belə hesab edir ki, insanların ömrünün uzanması üçün onlardakı xəstəliklər dərhal aşkarlanmalı, onların müalicəsi, reablitasiyası həyata keçirilməlidir”.





DOSTLARINLA PAYLAŞ:

oyunlar